Bakıda qanunsuz tikililər sökülüb

Xəbərlər

30.11.2023 - 13:55

Həkimlər Klinikalar SEO Xidməti

Qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. AYNA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş