Bakıda oğurlanan 2 yaşlı körpə tapılıb

Xəbərlər

08.01.2022 - 19:34

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb

Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.

AYNA xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş