Bakıda narkopriton aşkarlanıb

Xəbərlər

09.01.2025 - 22:55

cedabet dərman SEO Xidməti

Ev sahibi və narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb

Bakının Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.

Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş