Paytaxt məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqısı 741 manat təşkil edib
Bakıda müəllimlərin orta aylıq əməkhaqqısı açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Belə ki, 2021-ci ildə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqısı 741 manat təşkil edib.