Bakıda maaşlar 13 faizdən çox artıb

Xəbərlər

30.11.2022 - 12:27

cedabet dərman SEO Xidməti

Muzdla işləyənlərin orta aylıq əməkhaqqı min manatdan çox olub

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 065,5 manat təşkil edib.

AYNA xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4% artaraq 827,4 manat təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş