Bakıda ikimərtəbəli evdə yanğın olub

Hadisə

15.01.2023 - 21:54

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakıda ikimərtəbəli evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 600 kvadratmetr (hər mərtəbəsi 300 kvadratmetr) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində sahəsi 30 kvadratmetr olan bir otaqda lambirdən ibarət tavan 10 kvadratmetr sahədə və 1 ədəd divan yanıb.

Yüksək temperaturdan evin dam örtüyünün taxta atmaları 5 kvadratmetr sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az