Bakıda həbsxanada məhbus ölüb

Xəbərlər

22.04.2024 - 18:27

Məhbusun xəstəlikdən öldüyü bildirilib

Azərbaycanda məhkum həbsdə ölüb. AYNA Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. 

Onun xəstəlikdən öldüyü bildirilib.

Müəllif: Ayna.az