Bakıda həbsdə olan separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb

Xəbərlər

30.10.2023 - 18:07

cedabet dərman SEO Xidməti

Ombudsman: “Biz mütəmadi olaraq başçəkmələr həyata keçiririk”

"Biz mütəmadi olaraq başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı Azərbaycana qarşı müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərlə də görüşlər keçirilib. Onların bütün hüquqları təmin olunub". AYNA APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

"Hər bir saxlanılan şəxsə həssaslıqla yanaşırıq. Onlara da ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb, dövlət tərəfindən tərcüməçi ilə təmin olunublar", - Ombudsman qeyd edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş