Bakıda evdə 2 nəfərin meyiti aşkarlanıb

Hadisə

13.02.2024 - 21:18

Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkarlanıb.

Bu barədə AYNA-ya Baş Prokurorluqdan bildirilib.

Faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.

Müəllif: Ayna.az