Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə

27.02.2024 - 21:18

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az