Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə

29.06.2022 - 19:14

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan mənzilin mətbəxində bir ədəd elektrik sobası, bir ədəd paltaryuyan maşın, bir ədəd qaz sobası və bir paqonmetr mebel yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az