Bakıda avtomobil təmiri sexində yanğın olub

Hadisə

06.04.2024 - 21:30

Fövqəladə Hallar Nazirliyi sexdəki yanğınla bağlı məlumat yayıb

Bakıda avtomobil təmiri sexində yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb və 2 ədəd "AzSamand" markalı minik avtomobili qismən qarsalanıb.

Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az