Bakıda atəşfəşanlıq - VİDEO

Xəbərlər

01.01.2022 - 00:45

Həkimlər Klinikalar SEO Xidməti

Bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib

Dənizkənarı Milli Parkda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunub.

AYNA xəbər verir ki, bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.

Dənizkənarı Bulvarda ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Bakının ən böyük əyləncə-istirahət məkanına xüsusi gözəllik verib. Bununla yanaşı, hələ bir neçə gün əvvəl şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.

Beləliklə, 2021-ci il yola salınıb və 2022-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.

Qədəmlərin uğurlu olsun, 2022-ci il!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş