Bakıda 73 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Xəbərlər

08.05.2023 - 23:20

cedabet dərman SEO Xidməti

Cinayət hadisəsi şəxsi münasibətlər zəmində baş verib

Bakıda 73 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AYNA-ya bildirilib ki, mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-ci il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

Cinayət hadisəsi şəxsi münasibətlər zəmində baş verib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş