Bakıda 6 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Hadisə

01.02.2024 - 01:34

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakının Qaradağ rayonunda 6 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs 2018-ci il təvəllüdlü A.Çernişovdur.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar