Müayinə zamanı zərərçəkmişə sol ayağın sınığı diaqnozu qoyulub
Bakıda 16 yaşlı gənc qızı avtomobil vurub. AYNA-nın "Report"a istinadən məlumatına görə, Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Hüseynova Güllü Ramiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.