Dövlət Komitəsi: Hazırda ananın və uşağın səhhəti müəyyənləşdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın təcavüzə uğrayaraq ana olması ilə bağlı məsələnin araşdırıldığını bildirib.
Komitədən AYNA-ya bildirilib ki, hazırda məsələ araşdırma mərhələsindədir.
“Dövlət Komitəsi bununla bağlı aidiyyəti qurumlarla mütəmadi əlaqədədir. Hazırda ananın və uşağın səhhəti müəyyənləşdirilir”, - məlumatda qeyd edilib.