Bakı-Sumqayıt yolunda hərəkət iflic olub

Hadisə

09.01.2023 - 11:27

10-a yaxın zəncirvari qəza baş verib

Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət yaranıb. AYNA Trend-ə istinadən xəbər verir ki, axşamdan başlanan qar yolda hərəkəti iflic vəziyyətə salıb.

Yolun hərəkət hissəsi qar və buz örtüyü ilə bağlandığından hərəkət dayanıb. Yolun Abşeron rayonu ərazisindən keçən kilometrlərlə ərazi tam buz bağlayıb. Nəticədə yolda 10-a yaxın zəncirvari qəza baş verib.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Yol polisi və post patrul xidməti əməkdaşları yolda idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərir.

Müəllif: Ayna.az