Bakı-Sumqayıt yoluna alternativ nəqliyyat vasitəsi təklif olunur

Cəmiyyət

15.01.2020 - 16:16

 

Bakı-Sumqayıt  yolundakı təmirlər, tıxaclar bitib-tükənmir. Vətəndaş narazılıqları isə günü-gündən kəskinləşir. Azərbaycan Avtomil Yolları Dövlət Agentliyinin (AAYDA) ara-sıra açıqlamaları isə cəmiyyətdə doğuran suallara cavab verə bilmir.

 

AYNA xəbər verir ki, iqtisadçı-ekspert Rəşad Həsənov müşgülə dönmüş yolla bağlı fikirlərini bildirib: “AAYDA sədri deyib ki, Bakı-Sumqayıt yolu gündəlik 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulub. Bu gün isə Bakıdan Sumqayıta gündəlik 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Saleh müəllimin izahı maraqlıdır. Sənaye parkları, məhəllələri tikilib, buna görə hərəkət artıb. Bəs, Xırdalan, Masazır, Muşviq daxil olmaqla Bakının şimal hissəsində davam edən fantastik məskunlaşma? Əgər Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı Saleh müəllimin məntiqi nəzərə alınacaqsa, demək ki, problemin həllini gözləmək sadəlövhlük olardı”.

Картинки по запросу iqtisadçı-ekspert Rəşad Həsənov

Ekspert əlavə edib ki, digər tərəfdən, bu məsələ bir daha dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsələləri gündəmə gətirir: “Dünyanın çox az ölkələrindənik ki, uzunmüddətli inkişaf strategiyası və fəaliyyət planı olmayan qurumlar tərəfindən təklif edilən və planlaşdırılan layihələrə vəsait ayırırıq. Bir-iki il sonra isə məlum olur ki, bu layihələrə təyinatı üzrə yararsızdır, yaxud problemi həll etmir. Buna görə də dövlət qurumlarının uzunmüddətli inkişaf planı hazırlanmalı və büdcə prosesi zamanı Maliyyə Nazirliyi bu plan əsasında vəsait ayrılmalı, Hesablama Palatası isə bu plan əsasında müəssisələrin maliyyə təsərüfat fəaliyyətini və vəsaitin ayrılması məsələsini qiymətləndirməlidir. Uyğunsuzluq halında qurumların və layihələrin maliyyələşdirilməsinə məhdudiyyət tətbiq edilməlidir”.


R.Həsənov bir daha vurğulayıb ki, yol təsərrüfatı probleminin digər səbəbi qurumlar arasında koordinasiya məsələsidir: “Təəssüf ki, bizdə bu məsələ institutlaşmayıb. Məsələn, yol tikintisinin başa çatmasından bir ay sonra yolu qazıb su xətti, yaxud kanalizasiya xətti çəkən qurumlar cəzalandırılmalı, xərclər bu qurumların idarəedicilərinin şəxsi büdcəsindən maliyyələşdirilməsi təcrübəsinin tətbiqinə başlanmalıdır. Bir də ictimai məsuliyyət məsələsi var. Rəsmi açıqlamaya görə, yolda görülən işlər bu ilin may ayının sonuna başa çatacaq. Gəlin, bu məqamı da nəzarətdə saxlayaq, görək, heç olmasa bir dəfə düz olacaq”.

 

Ekspert qeyd olunan ərazidə tıxacların aradan qalxmasına dair təkliflərini də irəli sürüb: “Həmin yolun ötürmə imkanlarının ardıcıl tənzimlənməsinə ehtiyac vardır. Məsələn, Xırdalan dairəsində genişlənmə, avtovağzal və sonrası ilə, yaxud Masazır qəsəbəsinə giriş və daxili yolun yenidən qurulması ilə davam etdirilməsə, nəticə olmayacaq. Alternativləri isə mütləq düşünmək lazımdır. Ola bilsin ki, "metro bahalı layihədir" desinlər. Amma yerüstü metrobus xətləri yaratmaq olar. İki istiqamətdə: Xırdalan və Masazır”.

Müəllif: Ayna.az