Bakı-Quba yolunda qəza: üç nəfər ölüb

Hadisə

12.05.2022 - 13:14

Hadisə nəticəsində iki nəfər yaralanıb

Mayın 11-də Bakı-Quba yolunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA xəbər verir ki, yolun 68-ci kilometrliyində qeydə alınan qəzada “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az