Bakı-Qazax yolunda qəza: iki nəfər ölüb

Hadisə

02.02.2022 - 12:56

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib

Bakı-Qazax yolunda baş verən yol qəzasında iki nəfər ölüb. AYNA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda, Ağdaşın Yenicə kəndi ərazisindən keçən hissəsində baş verib. 

İlkin məlumata görə, minik və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olanlar - Şamaxı rayon sakini 29 yaşlı Əmrahov Gülxas Füzuli oğlu və hələlik şəxsiyyəti bəlli olmayan digər sərnişin hadisə yerində ölüb. Xəsarət alan 1991-ci il təvəllüdlü Usubov Şakir Təbriz oğlu xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş