Qaz xətti sıradan çıxıb

Hadisə

05.11.2019 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub



Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb. AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. 

 

Bildirilib ki, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000-dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

 

Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.

Müəllif: Ayna.az