Bakı məktəblərində işə qəbul üzrə 5 min 817 nəfər sənəd verib

Xəbərlər

16.11.2022 - 11:34

cedabet dərman SEO Xidməti

Hazırda namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində laborant, kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə 5 min 817 nəfər sənəd verib.

Bu barədə AYNA-ya BŞTİ-dən məlumat verilib. Bildirilib ki, hazırda BŞTİ tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərin qeydiyyatdan keçdikləri əlaqə telefonlarına SMS bildiriş göndəriləcək. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, 2018-ci il mayın 8-də təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş