Nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
DİN-in NİİM-dən verilən məlumatda isə qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.