Bağçalara işə qəbul üzrə imtahan nəticələri açıqlanıb

Xəbərlər

02.09.2022 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Nəticələr namizədlərin şəxsi səhifələrə göndərilib

Bağçalara işə qəbul imtahanlarının nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrə göndərilib.

Qeyd edək ki, 29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş