AzTV-nin əməkdaşı ölümün bir addımlığından qayıtdı – VİDEO

Xəbərlər

15.12.2022 - 20:50

cedabet dərman SEO Xidməti

Minalanmış Yelisey məbədindən reportaj

30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan torpaqlarımızda tarixi tikililərin də aqibəti ürəkaçan deyil. Onlar ya dağıdılıb, ya da üzərlərində ermənisayağı “düzəlişlər” edilib. Bütün bunlar azmış kimi qədim abidələrimizin ətrafı minalanıb.

AYNA xəbər verir ki, belə tarixi abidələrdən biri də Suqovuşanda yerləşən Müqəddəs Yelisey məbədidir. AzTV-nin əməkdaşı məbəddə reportaj hazırlayarkən ölüm təhlükəsi ilə üz-üzə qalıb. Ermənilər məbədi təkcə saxtalaşdırmağa çalışmayıblar, həm də buranı ziyarətə gələcək insanlara qarşı məkrli plan işlədiblər. Əməkdaşımız bir az diqqətsiz olsaydı, düşmənin basdırdığı minaların qurbanına çevriləcəkdi.

Daha ətraflı süjetdən izləyin:

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş