"Qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb"
"Azərişıq" ASC Xırdalan yarımstaniyasında baş verən qəza ilə bağlı açıqlama yayıb. ASC-dən AYNA-ya verilən məlumata görə, bu gün günorta saatlarında Xırdalan yarımstansiyasında qısaqapanma nəticəsində qəza baş verib.
"Qəza nəticəsində ərazidə elektrik enerjisi təchizatında problem yaranıb. Hadisədən dərhal sonra əraziyə qəza xidməti cəlb edilib və qısa zamanda qəzanın nəticələri aradan qaldırılıb. Bu müddət ərzində isə alternativ xətlə abonentlərin elektrik enerjisi təchizatı bərpa edilib", - deyə məlumatda vurğulanıb.