“Azeri Light” bahalaşıb

İqtisadiyyat

16.02.2024 - 12:08

Azərbaycan neftinin qiyməti artıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 82,79 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,08 dollar artaraq 78,11 dollar təşkil edib.

Azərbaycan nefti isə yenidən bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,56 dollar və ya 0,64 faiz artaraq 87,51 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az