Azərbaycanlı yazıçının əsəri Moskvada nəşr olunub

Mədəniyyət

02.06.2022 - 00:11

Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub

Azərbaycanlı yazıçının əsəri rus dilində nəşr olunub. AYNA xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü, “Qızıl kəlmə” mükafatçısı, Prezident təqadüçüsü Sadıq Qarayevin “Sahilsiz Təzadlar” romanı Moskvada rus dilində nəşr edilib.

Əsər bədii, elmi, fəlsəfi və dedektiv romandır. Əsas qəhrəmanları Əli və Nərmindir. Süjet xətti bu iki gəncin ülvi məhəbbəti, başlarına gələn hadisələr əsasında qurulub. Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülüb, müzakirə olunub. Bundan əlavə, əsərdə rənglərin əmələ gəlməsi, kainatın yaranması, zamanın, sürətin və sahələrin arası kəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer alıb. Yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər, Əlinin iki mürəkkəb cinayətin üstünü məharətlə açması, həqiqətləri insanların dərk edə bilməməsinin səbəbləri haqqında mülahizələr də romanın bədii süjet xəttində əsas istiqamətlərdəndir.Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişidir.

Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycanlı yazıçının əsəri Moskvada nəşr olunub Azərbaycanlı yazıçının əsəri Moskvada nəşr olunub Azərbaycanlı yazıçının əsəri Moskvada nəşr olunub
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə