Əsrlərdən üzü bəri: Allah-Allah – FOTOLAR

Mədəniyyət

30.06.2024 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

Tarixə şahidlik edən türbə və daş divarlara əsir düşən Torpaqqala

Bərdə Azərbaycanın tarixi şəhərlərindən biridir. Adı hələ eramızdan əvvəlki dövrün mənbələrində Partav kimi çəkilən şəhər tarixi abidələrlə zəngindir.

Belə abidələrdən biri də dünya əhəmiyyətli tarixi abidə olan Nüşabə qalasıdır. Bu abidə “Bərdə qalası”, “Nüşabə qalası” və “Allah-Allah türbəsi” kimi də tanınır. Birinci ad yerləşdiyi ərazidən, Nüşabə adı Nizaminin əsərindən yaranıb. Allah-Allah türbəsi adının səbəbi isə türbənin üst hissəsində naxışlı yazı ilə 200 dəfədən artıq Allah sözünün yazılmasıdır.

Türbənin kimin sifarişilə tikilməsi və orada kimin dəfn olunduğu dəqiq məlum olmadığına görə adların da çox olması təbiidir. Belə bir fərziyyə var ki, türbə Elxanilər nəslinin nümayəndəsi üçün inşa olunub. Abidənin geniş sahədə yerləşməsi, hasara alınması da bu tikiliyə xüsusi diqqətin olmasına sübutdur.

Uzun illər baxımsız qalan türbənin ilk dəfə bərpasına ötən əsrin 50-ci illərində başlanılıb. Lakin səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib. Türbənin əsl günbəzi zəmanəmizə gəlib çatmadığından onun üzərinə ağır beton konstruksiya qoyulub. Bu da abidədə sonradan çatların əmələ gəlməsinə səbəb olub.

Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci ildə Bərdə türbəsində və Torpaqqala kompleksində bərpa işləri aparılıb. Abidənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib.

Türbənin yerləşdiyi iki hektar ərazinin ətrafında isə Torpaqqala səddi yerləşir. Sədin tikilişi 4-6-cı əsrlərdə Partavın Qafqaz Albaniyasının paytaxtı olan dövrə təsadüf edir.

Hazırda torpaqqala səddinin vəziyyəti o qədər də ürəkaçan deyil. Belə ki, dünya əhəmiyyətli abidə kimi çox böyük turizm potensialına malik ərazini əhatə edən sədd bir neçə yerdə dağılıb. Belə görüntü isə tarixi abidəni görməyə gələnlər üçün heç də xoş mənzərə yaratmır.

Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah – Əsrlərdən üzü bəri: Allah-Allah –
Müəllif: İlham Mustafa