Cəlilabadda 3 bal gücündə zəlzələ baş verib
Cəlilabadda zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,0 bal, dərinliyi 18 km olub. Zəlzələ hiss olunmayıb.