Yeraltı təkanların dərinliyi 6 km olub
Hacıqabul rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, yerli vaxtla saat 17:56-da Əli-Bayramlı stansiyasından 11 km qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanların gücü 3.4 bal, dərinliyi 6 km olub. Zəlzələ hiss olunmayıb.