Azərbaycanda tələbə dəm qazından boğulub öldü

Hadisə

27.12.2021 - 00:44

Həkimlər Klinikalar SEO Xidməti

Elmixan Əliyev imtahanda respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub

Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından boğularaq vəfat edib. AYNA xəbər verir ki, bu barədə universitetin “Facebook” səhidəsində yazılıb.

E.Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub. Tələbə 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub.

E.Əliyev 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş