Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Aktual

12.05.2022 - 19:42

Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3799 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 398, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2679, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 678 248, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 858, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 153, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 249 884, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 353 nəfər təşkil edir.

Müəllif: Ayna.az