Azərbaycanda son sutkada COVID-19-dan ölən olmayıb

Aktual

25.09.2022 - 16:36

Bir gündə 161 nəfər koronavirusa yoluxub, 177 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 820 823 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 1 323 nəfərdir.

Ölkədə son sutka ərzində 2 484, hazırkı dövrədək isə 7 236 764 test aparılıb.

Müəllif: Ayna.az