Azərbaycanda son sutkada 19 nəfər COVID-19-dan vəfat edib

Aktual

09.12.2021 - 16:43

Həkimlər Klinikalar SEO Xidməti

Daha 1315 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1315 yeni yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 601028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571088 nəfər müalicə olunaraq sağalıb, 8038 nəfər vəfat edib, aktiv xəstə sayı 21902 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11799, ötən müddət ərzində isə ümumilikdə 5644853 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş