Yeni tədris ilinə hazırlıq müzakirə olunub

Aktual

19.08.2020 - 15:40

Təhsil nazirinin müavini 30-a yaxın direktorun iştirakı ilə videokonfrans keçirib

 

Bu gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, görüşdə Məhəbbət Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilən ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

 

Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildiriblər, onlarda yaranan sualları səsləndiriblər.

 

Qeyd edək ki, görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə