Azərbaycanda fevralın 1-dən tədris bərpa edilir - <font color=red> RƏSMİ</font>

Aktual

22.01.2021 - 12:20

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunacaq”

 

“Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə təhsilin əyani formada keçirilməsində çətinlik yarandı. Sentyabr ayında məktəblər açılsa da, yoluxma sayı artdı və təhsil distant formaya keçirildi”. AYNA xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir vurğulayıb ki, Azərbaycanda fevral ayının 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunacaq: “Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərlərində, Abşeron və digər rayonlarda həftədə üç dəfə əyani təhsilə cəlb ediləcəklər”.

Müəllif: Ayna.az