Azərbaycanda son sutkada 11 nəfər COVID-19-a yoluxub

Aktual

07.05.2022 - 16:42

Azərbaycanda son sutkada COVID-19-dan ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 11 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, 3 nəfər müalicə olunaraq sağalıb, ölən isə olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 60 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 841, bu günə qədər isə ümumilikdə 6 832 323 test icra olunub.

Müəllif: Ayna.az