Təyyar Eyvazov: “Yaxın vaxtlarda yoluxma hallarının artacağı gözlənilir”
“Koronavirusun yeni bir dalğasının başlanğıcındayıq”. AYNA xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda yoluxma hallarının artacağı gözlənilir: “İnsanlara tövsiyə edirik ki, formalaşmış pandemiya vərdişlərini yenidən hiss edək. Bu dalğa uzunmüddətli olmayacaq. Burada bir neçə həftədən söhbət gedir. Arxayınlaşıb ətrafınızdakıları və özümüzü təhlükəyə atmayaq”.