Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA

Cəmiyyət

24.02.2023 - 19:15

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirusa 28 yeni yoluxma qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 477 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 209 nəfər müalicə olunaraq sağalıb, 10114 nəfər vəfat edib,.

Aktiv xəstə sayı 154 nəfərdir.

Son gün ərzində 1 205, bu günədək isə 7 519 926 test aparılıb.

Müəllif: Ayna.az