“Belə getməz, mütləq dirilmə başlamalıdır” – <font color=red> ARİF ADAMLA SÖHBƏT</font>

Cəmiyyət

24.09.2019 - 10:13

Arif Əliyev: “Abır-həyadan əskik adamlar var, 2-3 məqaləsi yoxdur, amma qabaqda gedirlər”

 

Yəqin, mənim kimi çox həmkarım vaxtilə Press Klubda (Bakı Mətbuat Klubu) keçirilən maraqlı tədbirlərin iştirakçısı olub, həmkarlarla müzakirələrdə söz demək haqqı qazanıb. Azad jurnalistika, rəqabət mühiti Press Klubun xüsusi özəlliyi idi.

 

“Bu gün belə bir mühit varmı?” sualı ilə, az qala, hər gün üzləşirik və məyus halda keçmişin nostaljisinə qapılırıq. Lakin son günlər ümidverici işartılar meydana çıxmağa başlayıb - uzun müddətdir tamarzı qaldığımız həmin keçmiş mühitin təkrar formalaşması prosesi gedir. Ötən həftə təqdimatı keçirilən Press Klubun saytının (www.pressklub.az) “dünyaya gəlişi” ilə bu ümidlərimiz təzələndi.

 

Keçmiş və gələcək Press Klubun yaradıcısı, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev də AYNA-ya müsahibəsində dünənki və bugünkü jurnalistika, azad media, rəqabət mühiti və cücərməkdə olan arzular barədə danışıb.

 

- Arif müəllim, yeni fəaliyyətiniz uğurlu olsun! Ətrafdan reaksiyalar necədir? Sevinənlər çoxdurmu?

 

- Hər halda, yeniliyimiz maraq doğurdu. Xüsusən, xarici ölkələrdən yaxşı reaksiyalar almışıq və almaqda davam edirik. Sayt ingilis dilində olduğu üçün Almaniya, ABS, İspaniya, İsveç kimi ölkələrdən xoş təəssüratlar eşidirik. Hazırda bizim “Xəritə” bölməmiz üçün müraciətlər davam edir, xaricdə yaşayan həmkarlarımız özünü həmin siyahıda görmək istəyir, əməkdaşlığa can atırlar. Bir qismi tövsiyələrini bildirir.  Baxın, elə indicə (kompüteri işarə edir – müəll.) təmasda olduğum Lidiya Barbanova adlı xanım, kreativ düçüncə və PR üzrə mütəxəsisdir, bəyəndiyini qeyd edir, bizə tövsiyəsini bilidirir. Bizim məqsədimiz interaktiv fəaliyyət göstərmək, hamının fikirlərini nəzərə almaqdır. Dəyişikliklər davam edəcək, getdikcə dairəmiz genişlənəcək. İddialarımız, planlarımız böyükdür.

Raminə Eyvazqızı