Qoşqar Təhməzli: “Tələbələr qidadan zəhərlənməyiblər”

Cəmiyyət

04.12.2019 - 12:54

AQTA sədri: “Ölüm səbəbi qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”

 

“Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir. Ölüm səbəbi qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Bildirib ki, digər məsələ hüquq-mühafizə orqanlarına aidir: “Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək".

 

“KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi vermişdi”, - deyə Təhməzli vurğulayıb.

 

Xatırladaq ki, cari il noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı zəhərlənərək vəfat edib, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Müəllif: Ayna.az