Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA

Cəmiyyət

20.12.2022 - 18:53

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 586 aktiv xəstə var. Bu günə qədər 9 997 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 253, bu günə qədər isə ümumilikdə 7 410 224 test icra olunub.

Müəllif: Ayna.az