Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

29.01.2022 - 20:32

Həkimlər Klinikalar SEO Xidməti

“Buster” doza üzrə vaksinasiya olunanların sayı iki milyondan çoxdur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 546 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 889, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 29 712 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 971 021, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 228 014, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 740 859, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 2 002 148 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş