Azərbaycanda karantin rejiminin müddəti uzadılıb

Cəmiyyət

22.04.2022 - 14:20

Karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda,  Azərbaycan Respublikasının beynəlxalq hava limanları ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Müəllif: Ayna.az