Azərbaycanda əmək müqaviləsi bildirişlərinin sayı 37 faiz artıb

Xəbərlər

22.02.2023 - 21:28

cedabet dərman SEO Xidməti

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclas keçirilib

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası fəaliyyəti dövründə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əmək müqaviləsi bildirişlərinin sayı 37 faiz artıb.

AYNA xəbər verir ki, bu barədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclasında bildirilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ötən il görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.

Komissiyanın fəaliyyəti dövründə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının 37 faiz artdığı vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş