Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 65 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən yoxdur.
Ölkədə son sutka ərzində 1469, hazırkı dövrədək isə 7 545 086 test aparılıb.