Azərbaycanda daha 44 nəfər COVID-19-a yoluxub

Aktual

17.11.2022 - 23:17

Son sutkada bir nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, doqquz nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 627 nəfər müalicə olunaraq sağalıb, 9 968 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

Ölkədə son sutka ərzində 1 983, hazırkı dövrədək isə 7 351 681 test aparılıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə