Azərbaycanda daha 23 nəfər COVID-19-dan ölüb

Aktual

30.11.2021 - 16:35

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1678 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 588 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib, aktiv xəstə sayı 25713 nəfərdir.

Ölkədə son sutka ərzində 12 620, hazırkı dövrədək isə 5 539 284 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş